Neftin qiyməti düşdü, devalvasiya qapıda...

Neftin qiyməti düşdü, devalvasiya qapıda...

"Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır”.

 

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir. 

"Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin uzun müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edəcək.

Bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin onun qarşısını ala bilməz.

Ehtimallara görə, manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Çünki, hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir. 

Odur ki, manatla əmanəti olanların 2 yolu vardır. 

1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərindən itkilərlə üzləşsələr də vəsaitlərini bəziləri tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada bağlanan və ya birləşən banklar olacaq. 

2) Əmanətləri geri çəkib daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və idarə etmək vacibdir”.

(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...