Neft getdikcə daha təhlükəli olur - CƏDVƏL

Neft getdikcə daha təhlükəli olur - CƏDVƏL
Dünya birjalarında neftin qiyməti yenidən kəskin ucuzlaşıb. Neftin bareli bir neçə gün əvvəl olduğu kimi 37 dollardan aşağı düşüb.
ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,13 dollara satılırdısa, bu gün isə 36,95 dollar olub.
“Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 35 dollardan da aşağı düşüb.
Belə ki, “Texas” (WTI) markalı neftin bareli ötən gün 35,44 dollara idisə, bu gün 34,77 dollardır.
Mənbə: Bloomberg
“AzəriLayt” markalı neftin qiyməti 1.13 dollar ucuzlaşıb. “AzəriLayt” bir barrelinin qiyməti 38,08 dollardır. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.
Bu dəfə əmtəə birjalarında da qiymətlər əvvəlki günlərlə müqayisədə xeyli ucuzlaşıb. Qızılın qiyməti ötən gün 1 qram üçün 34.30 dollar təşkil edirdisə, bu gün 33,93 dollar olub. Gümüşün qiymətində də ucuzlaşma olub. 1 qram üçün 0.44 dollar müəyyənləşib. Ötən gün isə 0,45 dollar idi.
Mənbə: Bloomberg
Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar bahalaşıb, avro isə ucuzlaşıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0499 AZN təşkil edib. 1 avro isə ucuzlaşaraq 1.1394 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında dəyişiklik olmayıb. 1 rubl 0.0149 AZN, 1 Türk lirəsi isə cüzi bahalaşaraq 0,3565 AZN olaraq müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
Mənbə: Mərkəzi Bank

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...