Neft bahalaşmaqda davam edəcək - TƏHLİL

Neft bahalaşmaqda davam edəcək - TƏHLİL

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin ("OPEC+”) nazirlərinin 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. Azərbaycan da bu razılaşmaya qoşulub.


Sfera.az xatırladır ki, apreldə əldə edilən razılaşmaya əsasən, "OPEC+” ölkələri hasilatı 3 mərhələdə azaldacaq. Birinci mərhələ may-iyun aylarını əhatə etməlidir. Bu müddət ərzində "OPEC+” formatına qoşulan ölkələr gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 9,7 milyon barel azaltmalıdır. Azərbaycan da bu prosesə qoşulub və ölkəmiz öz üzərinə gündəlik hasilatı 164 min barel azaladaraq 554 min barelə endirməyi öhdəlik götürüb. İkinci mərhələdə ölkələr iyundan sonra ilin axırına qədər hasilatı 2018-ci ilin oktyabrına nisbətən 7,7 milyon barel azaldacaq. Yəni, iyul-dekabr dövründə hasilat may-iyun ayları ilə müqayisədə 2 milyon barel artırılacaq. Bu dövrdə ölkəmiz hasilatı 131 min barel azaldaraq 587 min bareldə saxlayacaq. Üçüncü mərhələ 2021-ci ildən 2022-ci ilin aprelinə qədər olan dövrü əhatə edəcək və hasilatda azalmanı 2018-ci ilin oktyabrına nisbətən 5,8 milyon barel olacaq. Son mərhələdə Azərbaycan hasilatı 98 min barel azaldaraq 620 min bareldə saxlayacaq.

 

Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.


Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

 

Bəs, nəyə görə "OPEC+” çərçivəsində razılıq əldə edən ölkələr birinci mərhələnin müddətini uzatmaq qərarını verdilər? Bunun əsas səbəbi dünyada karantin dövrünün uzanmasıdır. "OPEC+” ölkələri apreldə razılaşma əldə edəndə təxmin edirdi ki, karantin mayın sonunda başa çatacaq. Amma bir sıra ölkələr karantinin iyunun birinci yarısına, bəziləri isə ayın sonuna qədər uzatmaq haqqında qərar veriblər. Belə olan halda iqtisadiyyatlarda aktivliyin bərpası, tələbin əvvəlki səviyyə çatması bir qədər də ləngiyəcək. Bunu nəzərə alaraq "OPEC+” ölkələri birinci mərhələnin müddətini bir ay da uzatdılar. Əgər karantində ciddi yumşalma iyula qədər tamamlanmazsa, yəqin ki, birinci mərhələnin müddəti bir qədər də uzadılacaq.

Qərarın uzadılmasında əsas məqsədlərdən biri də əvvəlki aylarda bazarlarda yığılıb qalan əlavə həcmlərin azaldılmasıdır. Bu faktor da qiymət artımını çətinləşdirir.

 

"OPEC+” ölkələrinin belə bir qərar qəbul etməsinə təsir göstərən digər amil neft qiymətlərinin hədəf səviyyəsinə çatmamasıdır. Uzunmüddətli razılaşmanın əldə edilməsinə səbəb neft qiymətlərinin karantindən əvvəlki səviyyə yüksəlməsidir. Həmin səviyyə 50-60 dollar intervalıdır. Son ayyarımda neftin qiyməti sürətlə artdı. İndiki şərtlərlə onun iyunun sonunda 50 dolları ötməsi ehtimalı olsa da, ikinci mərhələnin başlanması ilə yenidən bir qədər ucuzlaşması ehtimalı da var. Buna görə də iri hasilatçı ölkələr neft istehsalında 9,7 milyon barel azalmanın daha bir ay davam etdirilməsinə qərar verilib. Güman edilir ki, artıq iyuldan neft qiymətləri ilin sonuna qədər 50-60 dollar səviyyəsində qalacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti 43,4 dollardır. Bu qiymət səviyyəsi tədiyə balansında tarazlığı təmin etməyə imkan versə də, Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını almır. Neft Fondunu aktivlərinin azalmaması üçün qiymətlərin 52 dollardan yüksək olması vacibdir.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...