Neft bahalaşır: Azərbaycana hansı müsbət və mənfi təsirləri olacaq?

Neft bahalaşır: Azərbaycana hansı müsbət və mənfi təsirləri olacaq?
Azərbaycan neftinin qiyməti ötən gün 88,45 dollara yüksəlib. Bununla da son bir ayda ölkəmizdən ixrac edilən neftin dəyərində artım 16 faizi ötüb.
 
Sfera.az bildirir ki, Azərbaycan neftinin son bir ayda sürətlə bahalaşmasının səbəbi beynəlxalq birjalarda neft qiymətlərinin yüksəlməsidir. Neft qiymətlərində növbəti yüksəliş 2021-ci ilin noyabrın sonundan müşahidə edilir.

Noyabrın sonunda "Brent” neftinin qiyməti 69 dollar idi. Sürətlə bahalaşan neftin qiyməti dekabrın 8-də 75 dolları, 2022-ci ilin yanvarın 5-də 80 dolları, ötən gün isə 85 dolları ötüb.

Beləliklə, ötən ilin noyabrın sonundan indiyə qədər "Brent” neftinin qiyməti 16 dollar, yəni 23,2 faiz artıb.

Son ay yarımda neft qiymətlərinin belə sürətlə artmasına səbəb kimi dünyada pandemiyanın sona yaxınlaşdığına dair məlumatların yayılması göstərilir. Koronavirusun "Omicron” ştamı yayılandan sonra kütləvi şəkildə qapanmaların olacağına dair gözlənti özünü doğrultmadı. Bununla əlaqədar olaraq neftə tələb güclənir, şirkətlər və investorlar daha çox neft alır. Bu hal neft qiymətlərinin yüksəlməsini dəstəkləyir.

Qeyd edək ki, neftin qiymətinin proqnozlaşdırılan səviyyədən yüksək olması Azərbaycana əlavə qazanclar gətirir. Baha neft həm ixracın artmasına, həm Dövlət Neft Fondunun gəlirlərinin artmasına, həm də dövlət büdcəsinin vergi gəlirlərinin artmasına səbəb olur.

Lakin baha neft digər məhsulların da qiymətini artırır. Bu vəziyyət əmtəə qiymətlərinin bir qədər də yüksəlməsi ilə nəticələnəcək.

Vasif
Sfera.az

      

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...