Neft 70 dollardan baha satılmayacaq - TƏHLİL

Neft 70 dollardan baha satılmayacaq - TƏHLİL
2020-ci ilin noyabrından yenidən bahalaşan neftin dəyəri artıq əlverişli səviyyə yüksəlib. "Brent” neftinin dəyəri ötən ilin dekabrında 50 dollar həddini, 2021-ci ilin fevralında 60 dollar həddini, martın əvvəlində isə 65 dollar həddini keçib. Hazırda "Brent” neftinin bir bareli 68-69 dollara satılır. 

Sfera.az bildirir ki, müxtəlif proqnozlara əsasən neft bahalaşmaqda davam edəcək və hətta 100 dollar səviyyəsinə çatacaq. Neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün bu proqnozun özünü doğrultması sevindirici olardı. Çünki neftin dəyərinin yüksəlməsi neft ixracından daha çox vəsaitin əldə edilməsinə imkan yaradır. Buna görə də hər bir neft ixrac edən ölkə qiymətlərin yüksəlməsində maraqlıdır. 

Amma neft bazarının konyukturası, neft ixrac edən əsas ölkələrin ABŞ-la birgə əldə etdiyi razılaşmalar belə deməyə əsas verir ki, neft qiymətlərinin nəinki 100 dollar, hətta 70-80 dollar səviyyəsinə yüksəlib, bu qiymət intervalında sabitləşməsi real deyil. Son illərdə neftin qiymətinin enməsinə səbəb olan səbəblər hələ aradan qalxmadığından neftin dəyərinin davamlı yüksəlməsinə qarşı müqavimət çox güclü olacaq. Ola bilər ki, müəyyən müddət ərzində neft 70, hətta 80 dollardan baha satılsın. Lakin bunun davamlı olması, neftin bir neçə il belə yüksək qiymətə satılması mövcud bazar şərtlərinə görə mümkün deyil. 

Neftin ucuzlaşması 2014-cü ildə Rusiyanın Krım yarımadasını və Ukraynanın şərq hissəsini işğal etməsindən sonra baş verib. ABŞ və onun neft ixrac edən müttəfiqlərinin birgə hərəkəti sayəsində beynəlxalq birjalarda "qara qızıl”ın dəyəri sürətlə enişə keçdi. Qısa müddətdə neft qiymətləri 110 dollardan 34 dollara qədər gerilədi. Bu tədbir faktiki olaraq ABŞ və tərəfdarlarının Rusiyaya qarşı iqtisadi sanksiyası idi. 

Rusiyanın əsas ixrac gəliri neft, təbii qaz və neft məhsullarından ibarət olduğundan neftin ucuzlaşması bu mal qrupları üzrə gəliri xeyli azaltdı. 2013-cü ildə 520 milyard dollar ixrac edən Rusiyanın əldə etdiyi gəlirin 70 faizi adıçəkilən mallardan daxil olurdu. Neftin ucuzlaşmasından sonra Rusiyanın ixrac gəliri 350 milyard dollara qədər azaldı, ölkənin ümumi daxili məhsul (ÜDM) istehsalının nominal dəyəri xeyli kiçildi. 2013-cü ildə 2,2 trilyon dollarlıq ÜDM istehsal edən Rusiyada iqtisadiyyatın dəyəri 2020-ci ildə 1,45 trilyon dollara qədər geriləyib.
Rusiya Ukraynaya qarşı hərbi müdaxiləsindən imtina etmədiyindən ABŞ və onun müttəfiqləri neftin 70 dollardan baha satılmasına imkan verməyəcək. Eyni ssenari 1979-cu ildə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsindən sonra tətbiq edilib. 1978-ci ildə neftin dəyəri 35 dolları ötmüşdü. SSRİ-nin hərbi müdaxiləsindən sonra ABŞ və onun neft ixrac edən müttəfiqləri "qara qızıl”ın dəyərini 10-20 dollar səviyyəsinə saldılar. Neft bu qiymətlərə 2000-ci ilə qədər satıldı və SSRİ, daha sonra isə Rusiya bunun acı nəticələrinə qatlanmalı oldu. 

Təxminən eyni mənzərə təkrarlandığına görə neftin daha yüksək qiymətə satılacağını proqnozlaşdırmaq çətindir. 

Azərbaycan üçün neftin 60-70 dollar intervalındakı qiymətlə satılması olduqca əlverişlidir. Təcrübə göstərir ki, neftin dəyəri 50 dollara çatdıqda tədiyə balansında tarazlıq yaranır, 55 dolları ötdükdə isə iqtisadiyyatın xarici valyutada olan gəlirləri məqbul səviyyə çatır. Buna görə də neftin dəyərinin 55-70 dollar intervalında qalması Azərbaycanı qane edəcək. 

Xatırladaq ki, Azərbaycanın satdığı neftin orta qiyməti 2014-cü ildə 95 dollar, 2015-ci ildə 48 dollar, 2016-cı ildə 42 dollar, 2017-ci ildə 53 dollar, 2018-ci ildə 69,6 dollar, 2019-cu ildə 64,4 dollar, 2020-ci ildə 41 dollar olub. Neftin dəyəri 50 dollardan yüksək olduqda iqtisadiyyatımızda sabitlik yaranıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...