“Nə yaxşı ki, biz imtahandan üzü ağ çıxırıq” – Qulu Məhərrəmli

“Nə yaxşı ki, biz imtahandan üzü ağ çıxırıq” – Qulu Məhərrəmli
"Bu gün bizim sevinən mərhələmizdir. Xalqımız, ordumuz sınaqdan keçir. Dünyaya ağlımızı, şüurumuzu, gücümüzü göstəririk”.

Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli doğma yurdu Zəngilanın işğaldan azad olunması barədə danışarkən deyib. O bildirib ki, Zəngilanın və digər yaşayış yerlərimizin azad olunması tarixi hadisədir.

"Özümü Azərbaycan məhsulu hesab edirəm. Zəngilanda doğulmuşam, 10 il orta məktəbi Şuşada oxumuşam, Bakıda evlənmişəm. Bir çox tərəflər mənim həyatımda birləşib. Azərbaycanlı üçün torpağın hər qarışı doğmadır. Füzuli, Cəbrayıl, Xocavəndin kəndləri alınanda necə sevinirdimsə, Zəngilana da elə reaksiya verdim. Sabah Qubadlı azad olunanda da eyni hissləri yaşayacağam.

Doğrudur, əzizlərinin uyduğu məkanın artıq sənin əlində olması ayrı bir hisdir. Sözlə ifadə edilməyəcək dərəcədə zəngin bir duyğudur. Uşaqlığım, qaçdığım o cıdırlar yenə gözlərimin önündə canlandı. Bizə bu duyğunu yaşadan ordumuza, generalımıza, Ali Baş Komandanımıza minnətdarıq. Və bütün xalqıma təşəkkür edirəm ki, bir yumruq kimi ordunun arxasında dayanır”.

Jurnalist birinci Qarabağ müharibəsinin şahidi olduğunu, həmvətənlərimizin dərdini, acısını şəxsən gördüyünü dilə gətirib.

"Mən 1991-ci ildən başlayaraq cəbhə bölgələrindən reportajlar hazırlayırdım. Səngərlərdə müsahibələr alırdım, canlı efir aparırdım. Bütün hadisələrin içində idim. Xocalı faciəsi mənim həyatımda dönüş anı oldu. Çünki ay yarıım qabaq mən orada olmuşdum. Kazarmada əsgərlərimizlə birgə 10 gün qaldım. Və həmin döyüşlərdə həlak olan insanlarla tanış idim. İndi də danışanda onlar gözümün qabağından keçdi. Sözün əsl mənasında qəhrəman kimi döyüşüb həlak oldular. Bütün bunları görmək dəhşətli bir hiss idi. Hadisələr mənə hopmuşdu. Real vəziyyətin necə olduğunu gördüm. Prosesləri dərk edəndə içindən böyük ağrılar keçir. İnsanın kədəri həmişə dərin olur. Sevinc hissi isə fərqlidir. Bunu müqayisə etmək çətindir. Bu gün bizim sevinən mərhələmizdir. Birinci Qarabağ savaşında yarımçıq qalmış döyüş planlarımızı ordumuz davam etdirir. Tarixi sınaq günlərini yaşayırıq. Xalqımız, ordumuz sınaqdan keçir. Dünyaya ağlımızı, şüurumuzu, gücümüzü göstəririk.

Hüseyin Cavidin belə bir sözü var :"Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir”. Nə yaxşı ki, biz imtahandan üzü ağ çıxırıq”

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...