Nazirlər Kabinetindən daha bir qərar: bu şəxslərin maaşları artırıldı

Nazirlər Kabinetindən daha bir qərar: bu şəxslərin maaşları artırıldı
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Dövlət Film Fondunun direktorunun maaşı 798 manatdan 1110 manata,  direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...