Nazir qızının polis tərəfindən içkili saxlanılması xəbəri haqda - Açıqlama

Nazir qızının polis tərəfindən içkili saxlanılması xəbəri haqda - Açıqlama
 

"Şaiyə xarakterli xəbərlər mütləq qənaət çıxarılması və buna əsasən hər hansı məlumatların ictimailəşdirilməsi, trajlanması üçün yetərli ola bilməz”.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə hüquq müdafiəçisi Əliməmməd Nuriyev çıxış edib. O, bildirib ki, sosial şəbəkələrdə ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlar yayılır və məqsədli şəkildə tirajlanır. 

"Bu barədə yayılan informasiyalarla tanış olduqdan sonra Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru kimi bu məsələ ilə maraqlandım. 

Qeyd edim ki, Ədliyyə Nazirliyi Azərbaycan Açıq Hökumət Platformasının üzvüdür və buna görə yayılan məlumatlar diqqətimizi çəkdi. Məlum oldu ki, spirtli içiki qəbul edərək nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanıldığı iddia edilən Nigar adlı xanım sürücü Fikrət Məmmədovun qızı deyil. Ümumiyyətlə, F.Məmmədovun Nigar adlı qızı yoxdur və onun qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmir və işləməyib”. 

Ə. Nuriyev deyib ki, sosial şəbəkə istifadəçiləri və fəallarının diqqətinə çatdırmaq istəyir ki, hər hansı yoxlanmamış, şaiyə xarakterli xəbərlər mütləq qənaət çıxarılması və buna əsasən hər hansı məlumatların ictimailəşdirilməsi, trajlanması üçün yetərli ola bilməz: "Aydındır ki, vəzifəli şəxslər, onların ailə üzvləri ilə bağlı məlumatlar bir qayda olaraq ictimai diqqət mərkəzində olur. Bu maraq da hardasa başa düşüləndir, onu da nəzərə almaq olar ki, yüksək vəzifəli şəxslər həm də publik şəxslər sayılır, onların personasına marağı, diqqəti də təbii saymaq olar. 

Şübhəsiz ki, söz və ifadə azadlığı da toxunulmazdır. Amma bu hüquqdan sui-istifadə etməklə digər vətəndaşların hüquqlarını pozmaq, onların reputasiyasını zərbə altında qoymaq, nufuzdan salmaq da yol verilməzdir və insan hüquqlarına hörmət prinsipləri ilə bir araya sığmayan davranışdır. 

Bu cür yoxlanılmayan, yalan məlumatların yayılması ictimai rəyin çaşdırılmasına, eyni zamanda başqasının şərəf və ləyaqətinə, işgüzar nufuzunun ləkələnməsinə səbəb ola bilər. Bu məlumatların məqsədli şəkildə yoxlanılmadan, sübutlarla möhkəmləndirilmədən yayılması qərəzdən, qarayaxmaq, nüfuzdan salmaq niyyətindən xəbər verir və sosial şəbəkə istifadəçiləri bu cür məlumatların yayılması zamanı bu qərəzin fərqində olmalı, digər vətəndaşa, təsvir edilən hadisəyə yaxından-uzaqdan aidiyyatı olmayan şəxslərə ziyan vura biləcəklərini unutmamalıdırlar. Kimlərinsə, hansısa qərəzli niyyətinin alətinə çevrilməməlidirlər”.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...