Nazir onu şöbə müdiri təyin etdi - FOTO
15:34 / 15.01.2021
1963
Təhsil Nazirliyində yeni kadr təyinatı olub.
Sfera.az xəbər verir ki, Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib. Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.
N.Məmmədli bu vəzifəyə qədər Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.
(report)