Navalnı onu zəhərləyənləri ifşa etdi - VİDEO

Navalnı onu zəhərləyənləri ifşa etdi  - VİDEO
Zəhərlənən Rusiya müxalifətinin lideri Aleksey Navalnı hakimiyyəti ifşa etməkdə davam edir.

Sfera.az  xəbər verir ki, Navalni ona qarşı sui-qəsd edən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının biri ilə danışa bilib. Belə ki, Navalni onu zəhərləyən qrupun üzvlərindən birinə zəng vurub. Özünü Nikolay Patruşevin köməkçisi kimi təqdim edib və "Navalnı əməliyyatı" barədə onu sorğu-suala tutub. Konstantin Kudryavtsev adlı həmin şəxs də bildirklərini danışıb. Bu araşdırmada Navalnı ilə birgə məşhur media orqanları - "Bellingcat", "The İnsider", "CNN", "El Pais" və Şpigel"in əməkdaşları da iştirak edib. 

Siyasi müşahidəçilər hesab edir ki, Navalni bununla Rusiya Prezidenti üzərində mənəvi qələbə qazanıb. Həmişə rəqibləri ilə qaydasız oynayıb qalib gələn Vladimir Putin hakimiyyəti ağır zərbə alıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ağır cinayətdə iştirakı və qeyri peşəkarlığı öz əməkdaşının vasitəsi ilə ifşa olunub. 

Rusiyada yaşanan son hadisələr proseslərin hakimiyyətinin nəzarətindən çıxması kimi də dəyərləndirilir. Korrupsiyalaşmış rejimin xüsusi xidmət orqanlarının cinayətdə iştirakının media orqanları tərəfindən detallı şəkildə ifşa edilməsi də hakimiyyət üçün həyəcan siqnalı hesab edilir. Müşahidəçilərin fikrincə, son hadisə Rusiya kəşfiyyatının nüfuzuna sarsıdıcı zərbədir...
 
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...