NAMİZƏD: \"Seçkiyə gəlməklə bağlı ümidsiz vətəndaşlara ümid verə bildim\" - FOTO

NAMİZƏD: \
10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Müasir Musavat Pariyasının sədir müavini Könül İsmayılovanın parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir.

 

Sfera.az xəbər verir ki, Könül İsmayılovanın parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində deyib:

 

"Yolumuza dəyərli seçicilərimizlə yenə də böyük ümidlə davam edirik. Bugünkü görüşlərdə vətəndaşlar öz sosial-iqtisadi problemlərini dilə gətirdi. Mən isə millətin vəkilliyinə namizəd kimi vətəndaşların bütün problemlərini dinlədim, illərlə həll edilməmiş, yığılıb qalmış problemlərin həll yollarını müzakirə etdik. Bu həll edilməmiş problemlər və əvvəlki deputatların verdikləri vədlərə əməl etməmələri vətəndaşlarda seçkilərə, parlamentə olan ümidin öldürüldüyünü müşaiyət etdim.

Əsas olaraq hər bir vətəndaşa seçki institunun vacibliyindən, ölkədə gedən islahatlardan, sosial-iqtisadi problemlərdən danışdım.

İnfrastruktur layihələrinin həyata keçirilməməsi, işsizlik, kommunal problemlər dairədə əsas problemlərdir. Əsas olaraq hər bir narazı, ümidsiz vətəndaşla bir neçə dəqiqə müzakirədən sonra onlara seçkiyə gəlməklə bağlı ümid verə bilirdim. Bu da eyni zamanda mənə ümid verirdi. Mən xalqıma seçki ilə nələrinsə dəyişəcəyini sadəcə dialoqlarda yox, praktikada göstərəcəm. Görüşdüyümüz hər bir sakin məhs sizə səs verəcəyik bildirir. Bunları praktikada göstərmək üçün islahatlara KÖNÜLlə hə deyək!"

 



OXŞAR XƏBƏRLƏR