Naməlum şəhid qəbirlərinin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Naməlum şəhid qəbirlərinin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəhid həyat yoldaşının səsini eşidib ağladı - VİDEO

Vətən müharibəsi şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Sürfanə Hüseynli onunla bağlı xatirələrini bölüşüb. Sfera.az xəbər verir ki, "Vaxtı gəldi” proqr...

Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur - FOTO

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq pro...

FHN Bakıdakı subasma ilə bağlı məlumat yaydı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalıb. Sf...

Güclü yağış Bakıda sürücülərə çətin anlar yaşatdı - VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Sfera.az xəbər verir ki, səhər saatlarından başlayaraq yağan yağış bölgələrlə yanaşı, Bakıda da bir s...

Bakı-Sumqayıt qatarının həftəsonu cədvəli - SİYAHI

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarları həftəsonu da fəaliyyət göstərəcək. "Azərbaycan Dəmir Yolları” QSC-dən Sfera.a...

BŞİH: "Yağışın fəsadları aradan qaldırılır"

"Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş ...