Nahid Bağırova bəslənən ümid özünü doğruldur

Nahid Bağırova bəslənən ümid özünü doğruldur
 Regionlarla bağlı həyata keçirilən siyasət vətəndaşların sosial-rifah halının yüksəldilməsi ilə səciyyələnir, yeni-yeni infrastruktur sahələrinin inkişafı ilə ölçülür. Bu baxımdan İsmayıllı rayonunda son zamanlar görülən işlərlə bağlı araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rayona rəhbərliyi dönümində yaddan çıxan, eyni zamanda yığılıb qalan problemlər aradan qaldırılır.

Nahid Bağırovun digər başçılardan fərqi nədir?

Ümumilikdə onu qeyd edək ki, yerli sakinlərin Nahid Bağırova inamı sonsuzdur. Sakinlərlə söhbət zamanı məlum oldu ki, bir neçə aydır ki, fəaliyyətə başlayan Nahid Bağırov rayon infrastrukturu və rayonun problemləri ilə bağlı kifayyət qədər məlumat toplayıb. Hazırda bu istiqamətdə işlər aparılır. Belə ki, əsas diqqət kənd təsərrüfatının inkişafına, turizmin daha geniş təbliğinə, yerli sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ən əsası yeni-yeni iş yerlərinin açılmasına yönəlib. Yerləşdiyi coğrafi məkan İsmayıllının kənd təsərrüfatı sahəsində əlverişli rayon olmasını önə çəkir. Bu baxımdan rayonda taxıl, və digər bitki növlərinin istehsalı daim diqqət mərkəzindədir. Bunun üçün fermerlərə lazım olan dəstək verilir. Rayon rəhbərliyi isə bir başa fermerlərlə özü görüşür. Şəxsən fermerlərin problemləri ilə maraqlanır. Bu işlərin məntiqi nəticəsi kimi bu il İsmayıllıda daha çox barama istehsalı gözlənilir. İsmayıllıda əhaliyə barama qurdu paylanılıb. Tut ipəkqurdları Kәnd Tәsәrrüfatı Nazirliyinin İsmayıllı Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә 180 qutuda rayonun 29 inzibati ərazisinə çatdırılıb, bəslənmək üçün 51 kümçüyə təhvil verilib. Hər qutu 19 qramdır. Otuz gün bəsləndikdən sonra 1 qramdan 2 kiloqram yaş barama əldə olunması nəzərdə tutulur. Ötən il 150 qutudan 4 ton 205 kiloqram məhsul yetişdirildiyi halda bu il 7 tondan çox barama istehsal olunması gözlənilir.
 

 
Bunlardan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər rayon ərazisində 37 min tut tingi əkilib. Builki qurdların 150 qutusu, həmçinin tinglərin 26 mini Çindən gətirilib, qalanları yerli növlərdir.


Bütün bu işlər ölkə rəhbərliyinin göstərişləri ilə, həmçinin Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.

Onu da qeyd edək ki, İsmayıllıda buğda istehsalı da daim diqqətdə saxlanılan məsələdir. Bu baxımdan təkcə İsmayıllının İvanovka kəndində arpa və buğda əkilmiş 5 min hektarlıq sahənin 3700 hektarlıq hissəsinə herbisit səpilib. Həmçinin, 33 hektarlıq sahə günəbaxan tumu əkilməsi məqsədi ilə şumlanıb. Bu il məhsul olaraq, 35 sentiner taxıl, 12 sentiner günəbaxan tumunun əldə olunması gözlənilir. Kənd kolxozunun inzibati ərazisində müasir tipli toxum anbarı da tikilir. Burada 10 min tondan çox toxumun saxlanılması nəzərdə tutulur.


Əkinçiliklə yanaşı heyvandarlıq və bağçılığın inkişafına xüsusi diqqət yetirilir. İsmayıllı rayon Tircan kənd sakini Əliyar Məmmədov hər il 25 arı qutusundan 200 kiloqram bal götürür, əldə etdiyi qazancla ailəsinin yüksək rifahını təmin edir. Arı ailələrinin 24-ü Boz Qafqaz, biri isə Almaniya cinsidir. O, dövlət tərəfindən verilmiş subsidiyalar vasitəsi ilə təsərrüfatını təkmilləşdirib. Yeşiklərin sayını 100-ə çatdırmaq üçün Kənd Tərsərrüfatı Nazirliyi yanında İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən nəzərdə tutulan 15 min manat kredit almaq niyyətindədir.

Əhalinin içməli su problemi həll olunur

Bu il İsmayıllı rayonunun 7 inzibati ərazisində 10 subartezian quyusunun qazılması təklif olunub. İsmayıllı şəhəri, Qalınçaq, Hacıhətəmli, Qubaxəlilli, Talıstan, Cülyan və digər kəndlərin adları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilib. Məqsəd içməli su və suvarma təchizatının yaxşılaşdırılmasını davam etdirməkdir. Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun müvafiq təşkilatlarının məsul şəxsləri əvvəlcə Tircan kəndinə baş çəkib. Yerli icra hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə maraqlanıblar.

Bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Quşencə, Tircan, İvanovka, Xəlilli, Hapıtlı və digər kəndlərdə subartezian quyularının qazılması sənəddə yer alır.

Qeyd olunub ki, XVII əsrdə salınmış Tircan kəndində su çatışmazlığı onilliklərdir mövcuddur. Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə su xətləri çəkilib. Subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını nəzərə alaraq digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, kəndin "Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.

Dövlət nümayəndələri Kürdmaşı kəndində 2019-cu ildə qazılmış və içməli su təminatı üçün istifadəyə verilmiş subartezian quyusuna da baxış keçiriblər. Diqqətə çatdırılıb ki, quyu saatda 16 ton su verir və 70-ə yaxın ailəni təmin edir. Ötən il 6 inzibati ərazidə qazılmış ümumən 7 subateziandan biridir.

Yaşayış məntəqələrində su təchizatı üzrə perspektivlərin araşdırılmasının davam etdiriləcəyi bildirilib.

Sonda onu da bildirək ki, İsmayıllı ilə bağlı bütün problemlərə həssaslıqla yanaşan Nahid Bağırovun xüsusi tapşırığı ilə ötən günlərdə rayonda leysanın törətdiyi fəsadlar aradan qaldırılır. Qeyd edək ki, İsmayıllıya yağmış leysanın dağ çaylarında yaratdığı sel Muğanlı-İsmayıllı yoluna çıxaraq avtomobillərin hərəkətində çətinliklər yaradıb. Mücü, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinə gedən yolun çay yatağından keçən hissəsini sel suları dağıdıb. Basqal qəsəbəsinin içməli su təsərrüfatına da ziyan dəyib.


Operativ tədbirlər nəticəsində Muğanlı-İsmayıllı yolunda hərəkət bərpa olunub. Leysan yağışlarının digər fəsadlarının aradan qaldırılması işləri bu gün davam etdirilib, kəndlərlə əlaqə bərpa olunub.
 
(sabahinfo.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...