Musiqiçilərin dəhşətli sonu - Avtomobildə yanaraq öldülər - Foto

Musiqiçilərin dəhşətli sonu - Avtomobildə yanaraq öldülər - Foto

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

Bildirilir ki, qurbanlar yerli "Sensation” musiqi qrupunun heyəti olub.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb. İlkin məlumatlara görə, musiqiçilər konsertdən qayıdırmışlar.

Hadisənin təfərrüatları hələlik bəlli deyil. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR