“Türkiyənin Azərbaycanı qorumaq imkanı yox idi ” – türkiyəli professor Məhməd Akif Okurla MÜSAHİBƏ
Müsahibə
14:22 / 30.10.2021
2093
Türkiyənin Yıldız Teknik Universitetinin
siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Məhməd
Akif Okurun Sfera.az-a müsahibəsi.
- Qardaş Türkiyə Cümhuriyyəti elan olunmasının
98-ci ildönümü qeyd etdi. 98-il öncə Türkiyə necə istiqlaliyyət qazandı?
98 il öncə türk xalqı Mustafa Kamal Atatürkün
öndərliyində canı, malı bahasına böyük fədakarlıqla Türkiyənin istiqlaliyyətinə
qəsd edən bütün düşmənlərı məğlub edib zəfər çaldı. Mən nahaq yerə bu mübarizənin
bütün türk dünyasının mübarizəsi olduğunu qeyd etmirəm. Çünki digər regionlarda
yaşayan soydaşlarımız da məhdud imkanlarına, təzyiqlərə baxmayaraq axın-axın
Anadoluya yardıma gəlir, ya da uzaqdan yardım göndərirdi.
98 il öncə türk dünyası Türkiyənin timsalında
istiqlaliyyət müabrizəsinə qalxaraq türkün boyunduruq altında əzilmədiyini bir
daha bütün dünyaya göstərdi. Bu gün qeyd etdiyimiz bu zəfər bütün türk
dünyasının zəfəridir.
- 98 il öncə Türkiyə Cümhuriyyəti elan
olunmasaydı, Sizcə, bu gün Türk dünyası necə olardı?
Bunu ona görə qeyd edirəm ki, hazırda Türkiyədə
bötövlükdə Türk dünyasının təşkilatlanması baxımından mühüm bir misyanı yerinə
yetirir. O ki qaldı bu gün Türkiyə olmasa idi, Türk dünyası necə olardı
sualına, məncə, Türkiyəsizdə Türk dünyası var olardı və Türk dünyasında bu gün
Türkiyənin etmək istədiyi təşkilatlanmanı başqa bir türk ölkəsi etməyə
çalışardı. Ancaq bu təşkilatlanma Qərbdə baş verdiyi kimi çoxfunksiyalı bir
sistem şəklində olmazdı. Yəni kövrək və qırılqan bir atmosfer hər zaman olardı.
Türkiyə Qərb təcrübəsini ən yaxşı bilən, anlayan və onu tədbiq edən ölkədir.
- Bəzi mənbələrdə qeyd olunur ki, Mustafa
kamal Atatürk istiqlaliyyət mübarizəsində
SSRİ-nin dəstəyini ala bilmək üçün SSRİ-nin Azərbaycan Demokratik Cümhuriyyətini
işğal etməsinə göz yumub...
- Bu məsələ uzun illərdir məni də narahat
edirdi. Prinsip etibarilə çox ciddi bir iddiadır. Ancaq Türkiyənin bilə-bilə Azərbaycanın
işgalına göz yuma biləcəyinə inanmıram. ABŞ Xarici İşlər Nazirliyi arxivində
apardığım araşdırmalardan gəldiyim nəticə budur. Məsələ ondadır ki, həmin arxivlərdəki sənədlərdə
Türkiyə Böyük Millət Məclisinin açıldığı dövrdə
Azərbaycandakı proseslərində yaxından izlənildiyinə rast gəldim. Hətta
bu dövrdə Türkiyə və Azərbaycan arasında əlavə bir gizli ittifaqın əldə
edildiyini göstərən bir sənəd aşkarladım. Ancaq neyləmək olar ki, Türkiyənin gücü Azərbaycanın
işğalını dayandırmağa yetmədi. Çünki Türkiyə özü də həmin vaxt çox çətin dövrdən
keçirdi.
- Türkiyənin istiqlaliyyət savaşında Azərbaycan
tüklərinin dəstəyi varmı?
- Türkiyə və Azərbaycanın bugünkü münasibətlərini
necə qiymətləndirirsiniz?
Bu gün iki ölkənin hərbiçiləri çiyin-çiyinədir.
Onu da qeyd edim ki, bu münasibətlər təkcə ölkələr arasında deyil, iki qardaş
xalq arasındada eynilik təşkil edir. Azərbaycan və Türkiyə xalqı bir-birinə möhkəm bağlar ilə bağlıdır. Biz bir millət,
iki dövlətik!