Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!

Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!
 

Hər zaman Azərbaycan xalqının adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar” sosial media istifadəçilərinə Göyçayda keçiriləcək ənənəvi Nar Festivalında iştirak etmək imkanı verir. Belə ki, mobil operator sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Suallar "Nar”ın rəsmi"Facebook”"İnstagram” səhifələrinin hekayə bölümündə paylaşılacaq. Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayıb və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.

 

Verilən məntiqi tapşırığı düzgün cavablandıran 10 nəfər "Nar” əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i "Facebook” , 5-i isə "İnstagram” istifadəçiləri arasından seçiləcək.

 

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.

 

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...