Münhendə etiraz aksiyası keçirilib - FOTO

Münhendə etiraz aksiyası keçirilib - FOTO
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, yürüşdə işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrində, xüsusilə Gəncə və Mingəçevir şəhərlərində dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti, mülki şəxslərin, azyaşlıların öldürülməsini soyqırım aktı kimi qiymətləndiriblər.

Azərbaycanlılarla yanaşı, türk icmasının nümayəndələri və digərlərinin iştirakı ilə "Marienplatz” meydanından başlayan yürüş "Odeonsplatz” meydanına kimi davam edib. İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə cəbhə zonası deyil!”, "Erməni terrorçuluğuna son qoy!”, "Uşaq ölümünə son qoyun!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndiriblər. Bildirilib ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Yürüş zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər, Gəncə və Mingəçevir şəhərlərində törədilən vandalizm aktları ilə bağlı yerli ictimaiyyət geniş məlumatdırılıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...