Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!

Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!
İkinci Qarabağ Müharibəsindən qayıdanlar arasında işsizlik problemi ilə üzləşən bəzi şəxslər var. Bu vətəndaşlar işlə təmin olunmaq üçün hansı quruma müraciət edəcəyini bilmir.

Sfera.az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mövcud məsələ ilə bağlı danışıb.

Komitə sədri bildirib ki, müharibədən qayıdan və iş tapmaqda çətinlik çəkən şəxslər ilk növbədə yaşadığı ünvan üzrə Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir:

"Onlar həmçinin Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə də ərizə ilə müraciət edə bilər. Biz onların müraciətini yönləndirə bilərik. Nazirlik və onun rəhbərinə də ərizə ilə müraciət edə bilər.

Lakin ən yaxşısı Dövlət Məşğulluq Xidmətinin internet saytına daxil olaraq orada elektron ərizə formasını doldursunlar. Qısa zaman müddət ərzində onlara vakansiya üzrə iş yerləri təklif ediləcək".
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...