Müharibə Ermənistanı həm də belə çökdürür - İnvestisiya cəlbediciliyi azalır

Müharibə Ermənistanı həm də belə çökdürür - İnvestisiya cəlbediciliyi azalır

Müharibənin uzanması Ermənistan iqtisadiyyatını dərin böhrana sürükləyir. Aparılan qiymətləndirmələr göstərir ki, döyüşlərin uzanması Ermənistan iqtisadiyyatına iki şəkildə təsir göstərir.


Birincisi, bu ölkədə xidmət sektoru çətin vəziyyətə düşəcək. Ermənistan üçün xidmət sektorunun həm ÜDM istehsalında, həm də dövlət büdcəsinin gəlirlərində əhəmiyyəti böyükdür. Müşahidələr göstərir ki, müharibə səbəbindən əhalinin ictimai fəallığı zəifləyib və bu, iqtisadi artıma mənfi təsir göstərir.

İkinci təsir maliyyə sisteminə olan mənfi təsirdir. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmadığı əlavə xərcləri yaranır.


Ermənistanın ictimai təşkilatlarının açıqladığı məlumata əsasən, ilk günlərdə Qarabağdakı müharibə yalnız sərhəddə yaxın ərazilərdə özünü göstərirdisə, artıq paytaxt Yerevanda da özünü göstərir. Paytaxtda iş yerlərinin bir çoxu dayanıb, sahibkarlara və sadə insanlara ciddi ziyan dəyib, əmtəə və ticarət dövriyyəsi azalıb.


Artıq proqnozlar da bədbinlik yaradır. Ermənistan Mərkəzi Bankı 2020-ci ildə işsizlik səviyyəsinin 20,4 faiz olacağını gözləyir.


Sfera.az bildirir ki, yaranan yeni vəziyyət Ermənistanın investisiya cəlbediciliyini pisləşdirir. Bu halda Ermənistana həm daxili, həm də xarici mənbələrdən sərmayə qoyuluşu azalacaq.

 

Bununla bağlı ilk siqnalı "Fitch Ratings” beynəlxalq reytinq agentliyi verib. Qurum Ermənistanın kredit reytinqini aşağı salıb. Agentlik Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsindən "B+” səviyyəsinə endirib.


Bundan başqa, "Fitch Ratings” Ermənistanın reytinq üzrə proqnozunu "stabil” səviyyədə saxlayıb. Məlumatda deyilir ki, bu ilin birinci yarısında ölkədə iqtisadi tənəzzül proqnozlaşdırılandan daha sərt olub. Bu da dövlət borcunun artmasına gətirib çıxarıb. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik artaraq davam edəcəyi təqdirdə, Ermənistan iqtisadiyyatı mənfi təsir görəcək.


Qeyd edək ki, bir ölkənin kredit reytinqinin enməsi həmin ölkənin investisiya, xüsusilə də xarici mənbələrdən investisiya cəlb etmək qabiliyyətini zəiflədir.

Kredit reytinqi hər bir ölkənin, şirkətin, hətta fiziki şəxsin aldığı borcu geriyə qaytarma imkanını və ya qaytara bilməmə riskini göstərin qiymətləndirmədir. Bir ölkənin iqtisadiyyatı nə qədər güclü və sağlamdırda, həmçinin nə qədər yüksək perspektiv vəd edirsə, onun kredit reytinqi də bir o qədər yüksək olur.

Kredit reytinqi yüksək olan ölkələrə sərmayə qoymaq, kredit vermək istəyənlənlər çox olur, bu ölkənin qiymətli kağızları daha tez alınır, eyni zamanda dövlət həm birbaşa kredit aldığında, həm də qiymətli kağızları satmaq yolu ilə borclandığında borclanma faizi aşağı olur.

 

Hazırda dünyada 3 şirkət – "Standard & Poor's”,"Moody's” və "Fitch Ratings”kredit reytinqini təyin edilməsi sahəsində ciddi və etibarlı təşkilat kimi tanınır. Kredit reytinqini verən şirkətlər dərəcələri müəyyənləşdirən zaman ölkənin cari vəziyyəti ilə yanaşı gələcək inkişaf imkanlarına xüsusilə diqqət yetirir. Dövlətin büdcə kəsri, cari ticarət açığı, borclanma səviyyəsi, inkişaf sürəti, işsizlik kimi amillər reytinq dərəcəsinə iqtisadi yöndən təsir edir.

 

Amma dərəcələrin müəyyənləşməsi üçün sadəcə iqitsadi amillər yetərli deyil. Reytinq agentlikləri dərəcəni müəyyənləşdirən zaman iqtisadi göstəricilərlə bərabər siyasi vəziyyəti də təhlil edir. Bu zaman təşkilatlar ölkədə keçirilən seçkilərin nəticələrinə, iqtidar partiyasının daha çox səs alıb-almamasına, seçkinin keçiriləcəyi tarixin yaxında olub-olmamasına, siyasi sabitliyə, ölkənin qonşuları ilə münasibətlərinə və s. kimi mühüm faktorları diqqətdən keçirir. Qısası reytinq təşkilatları yalnız bir faktora istinad edərək qərar qəbul etmir. Reytinq dərəcəsi müəyyənləşdirilən zaman ölkənin iqtisadi və siyasi vəziyyəti tam təhlil olunaraq ümumiləşdirilmiş qərar verilir.

 

Deməli, Ermənistana olan münasibətin optimistlikdən pessimistliyə keçməsi ölkənin orta müddətli dövrdə perspektivinin yaxşı olmayacağından xəbər verir. Ölkəni yaxın dövrdə dərin iqtisadi və siyasi problemlər gösləyir ki, bununla əlaqədar olaraq ölkənin investisiya cəlbediciliyinin minimuma düşəcəyi gözlənilir.

 

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...