“Müharibə başlayacaqsa Azərbaycan Ukraynanı dəstəkləməlidir” - Politoloq

“Müharibə başlayacaqsa Azərbaycan Ukraynanı dəstəkləməlidir” - Politoloq
"Müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynanı dəstəkləyəcəyi şübhəsizdir”.

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukraynaya humanitar yardımlar da göndərilməlidir:

"Ukraynanı dəstəkləmək Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək. Türkiyə də eyni cinahda yer alacaq. Bu, Rusiyaya qarşı müharibədə iştirak deyil. Ukraynanın daxilində hakimiyyət eşalonunda Rusiya agentura şəbəkəsi fəaliyyətini davam etdirir. Hazırkı situasiyada ordu güclü olsa da, Rusiyameyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti Ukraynanın uduzmasına hesablanacaq”.

Politoloq xatırladıb  ki, Qarabağ müharibəsində Azərbaycan Rusiyameyilli hərbiçiləri müəyyən qədər orduda neytrallaşdıra bildi: "Bu da uğurlu hərbi əməliyyatlıarın aparılmasına gətirib çıxardı. Dost və strateji dövlət olan Ukraynanın bunu edə bilməsi çətindir. Hər halda Azərbaycan bu təcrübəsini Ukrayna ilə bölüşməlidir.

Hazırda Rusiya Xəzər hərbi donanmasını Qara dənizə təlimlər məqsədi ilə aparır. Bu, Ukrayna ətrafında baş verən müharibə ssenarisinə uyğun olaraq, Moskvanın həm suda, həm də quruda daha da güclənərək, fəal şəkildə müharibəyə hazırlaşmasıdır. Müharibə başlayacaqsa, bu təkcə Donbas olmayacaq, Rusiya Azov dənizi və Krımdan hücuma keçəcək. Rusiya Xəzər dənizi və digər dənizlərdə olan hərbi donanmasını Ukryana ətrafına ona görə yığır ki, ABŞ və Ukrayna müharibə ssenarisindən vaz keçsin və Rusiya təzyiq yolu ilə yeni şərtlər əldə etsin. Amma ABŞ və Ukryanın geri çəkilməsi gözlənilmir. Müharibə variantı gündəmdədir”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...