Müdafiə naziri açıqladı, hərbi ekspert dəstəklədi

Müdafiə naziri açıqladı, hərbi ekspert dəstəklədi

"Azərbaycan Ordusu bu gün nəinki regionda başqa ölkələrdə də güclü və yetkin ordu kimi tanınır".

Bunu açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda aparılan islahatlar, alınan yeni silahlar, keçirilən genişmiqyaslı təlimlər və şəxsi heyətin işğal altındakı torpaqları azad etmək üçün hər an döyüşə hazır olmasına dair fikirlərini diqqətlə dinləyib.

Ekspert hesab edir ki, nazir Azərbaycan Ordusundakı real mənzərəni faktlarla cəmiyyətə təqdim edib. "Bir çox dövlətlər var ki, orada Azərbaycanı ancaq xəritədə tanıyırlar. Lakin hərbçilərimiz başqa dövlətlərdə bayram tədbirlərində, yarışlarda, təlimlərdə və digər təşviqat tipli görüşlərdə iştirak edəndə həm Azərbaycan tanınır, həm onun ordusu, mədəniyyəti və xalqı. Bundan əlavə, beynəlxalq təlimlərdə bizim hərbçilər başqa dövlətlərin hərbçiləri ilə ünsiyyətdə olurlar, Azərbaycanın tarixini və onun işğalda olan torpaqları haqqında həqiqətləri çatdırırlar. Bu da hərbi və xalq diplomatiyasının bir növüdür".

Müdafiə naziri açıqladı, hərbi ekspert dəstəklədi

A.Əbilov bildirib ki, beynəlxalq yarışlarda hərbçilərimizin dəfələrlə birinci yerə layiq görülməsi ordunun şəxsi heyətinin döyüş qabiliyyətinin yüksək hazırlığından xəbər verir:

"Türkiyədə keçirilən "Efes-2018" təlimləri çərçivəsində Pentatlon - "dəmir adam" yarışlarında Azərbaycan Ordusunun xüsusi təyinatlıları birinci yeri tutdular. Bu təlimlər digər dövlətlərin iştirakı ilə 2016-cı ildən Türkiyədə keçirilir. Ancaq bu təlimlər 1988-ci ildən başlayıb. Məhz 2016-cı ildən digər dövlətlər də bu təlimlərə qoşulmağa başlayıb, eyni zamanda Azərbaycan da. Bu yarışlarda bizim hərbçilər çox yüksək nəticələr göstərdilər. Azərbaycanı bugünkü günə kimi xəritədə tanımayan dövlətlər üçün bu, şok nəticə idi. Çünki böyük ordu tarixi olan ölkələr sırasında yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ən yüksək nəticə göstərdilər. Bu, ordumuzun qazandığı uğurların bir hissəsidir. Yəqin ki, bundan sonra bir sıra beynəlxalq yarışlarda, təlimlərdə Azərbaycan Ordusunun hərbçilərini görəcəyik. Məndə belə bir inam var ki, bütün görüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti daha böyük uğurlar qazanacaq. Bu təlimlərdə qazandıqları bilikləri özlərinin tabeliyində olan hərbçilərə öyrədəcəklər. Bu da öz ərazi bütövlüyümüzün bərpası uğrundakı mübarizədə bizim köməyimizə çatacaq".

"MediaPost"


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...