Mübariz Qurbanlı: Azərbaycanda 35 qeyri-islam dini qurum dövlət qeydiyyatına alınıb

Mübariz Qurbanlı: Azərbaycanda 35 qeyri-islam dini qurum dövlət qeydiyyatına alınıb
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı DQİDK sədri Azərbaycandakı sabit dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq 
ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.

 

Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların  fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 35 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran Komitə rəsmisi İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd 
edib.

Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasəti barədə də məlumatlandırıb, bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı törədilən cinayətlərə diqqət çəkib.

Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayandığını bildirən Dünya Baptist Alyansı adından BMT-nin Cenevrədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara  DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...