Mourinyo \"Tottenhem\"in məşqlərinə velosipedlə gəlib

Mourinyo \
 

İngiltərənin "Tottenhem" futbol komandasının baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb. 

Sfera.az  xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında səhər saat 9:00-dan 17:00-dək məşq etdikləri dövrlərinin olduğunu bildirib.

Mourinyonun sözlərinə görə, futbolçulara yalnız fərdi məşq icazəsinin verilməsi səbəbindən bir neçə fərqli müddət ayırmalı olublar: "Kimisi saat 10:00-da, kimiləri isə növbəti saatların tamamında məşqlərə gəlirdi. Açığı, köməkçi-məşqçilər hansısa anda çox yorğun idilər".

Mourinyo məşqə velosipedlə getdiyini də açıqlayıb: "Siz həmin fotonu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 29 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb. 


OXŞAR XƏBƏRLƏR

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden komanda yoldaşı Kevin De Bruyneni İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu elan edib.   ...

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...