“Moldova Rumıniya ilə birləşə bilər” – Hökumətin başçısı

“Moldova Rumıniya ilə birləşə bilər” – Hökumətin başçısı
Moldova hökumətinin başçısı Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsini mümkün hesab edir.

«Unionist»lər buna can atırlar, Sandu da onların baxışlarını bölüşür. Baş nazir bildirib ki, bu barədə qərar Moldova əhalisi tərəfindən, referendum yolu ilə qəbul olunmalıdır.

«Sorğuya görə, Moldova əhalisinin əhəmiyyətli kəsimi – 28 faizə yaxını və hətta bundan da artığı Rumıniya ilə birləşməyi dəstəkləyir və hətta bunu tələb edir. Ancaq biz, anlayırıq ki, məsələ üzrə qərarı siyasi partiyalar yox, ölkə əhalisi referendum yolu ilə qəbul eməlidir» – Sandu bəyan edib.

Onun sözlərinə görə, bir sıra partiyalar bu istiqamətdə fəaliyyət göstərir və inandırmağa çalışırlar ki, Rumıniya ilə birləşmək Moldovada vəziyyəti kardinal şəkildə dəyişə bilər.

Bundan əvvəl isə Modova prezidenti İqor Dodon bildirmişdi ki, Rumıniya ilə birləşmək respublikanı vətəndaş müharibəsinə gətirə bilər, nədən ki, ölkənin bir sıra bölgələri, Qaqauz muxtariyyəti və Dnestryanı da daxil olmaqla, bunun əleyhinədir. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...