Millinin Gürcüstanla matçının vaxtı müəyyənləşdi

Millinin Gürcüstanla matçının vaxtı müəyyənləşdi
 

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, oktyabrın 13-də, Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Bakıda keçirilən ilk qarşılaşmada Gürcüstan 3:0 hesabı ilə qalib gəlmişdi.


OXŞAR XƏBƏRLƏR