Millimizin hər futbolçusuna nə qədər mükafat verildi? – Məbləğ

Millimizin hər futbolçusuna nə qədər mükafat verildi? – Məbləğ
 

21 yaşadək futbolçulardan ibarət Azərbaycvan milli komandasının futbolçuları mükafatlandırılıblar.

Sfera.az "Sportinfo”ya istinadən xəbər verir ki, 3 gün əvvəl AÇ-2021-in seçmə qrup mərhələsi çərçivəsində Slovakiya üzərində qələbəyə görə start heyətdə meydana çıxan hər futbolçu 2000 manat mükafat alıb.

1389 gündən sonra qazanılan 2:1 hesablı qələbəyə görə meydana əvəzetmədən çıxan futbolçular isə hərəyə 1500 manat əldə edib. Bu axşam Gürcüstanı qəbul edəcək yığma üzvləri yenə zəfər qazansalar, 3000 manatla mükafatlandırılacaqlar. Ehtiyatdan oyuna daxil olanlar isə bunun 75 faizini alacaq. 

Gənclər yığmamız son dəfə 4 il əvvəl - 2015-ci il noyabrın 17-də AÇ-2017-nın seçmə qrup mərhələsi çərçivəsində Bakıda Rusiyanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda Avro-2017-nin son 3, bu tsiklin isə ilk görüşündə qələbə qazanmamışdı.


OXŞAR XƏBƏRLƏR