Milli Məclisin qərarının mətni açıqlanıb - TAM MƏTN

Milli Məclisin qərarının mətni açıqlanıb - TAM MƏTN
 

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarının mətni açıqlanıb.

Sfera.az  xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr ishalatları ictimiayyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu islahatların daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər ki, belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Həmin müraciəti parlamentin plenar iclasda müzakirə zamanı digər partiyaları təmsil edən deputatların, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti YAP təmsilçilərinin təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan ediblər.

Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsini mümkünsüzlüyü barədə qəti mövqelərini mövcudluğunu, parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səaliyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı instisuonal və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yuxarıda şərh edilənlərə əsasən, Milli Məclis konstitusiyanın 95-ci maddənin 3-cü hissəsini rəhbər tutaraq qərara alır:

Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin".


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...