Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib
16:50 / 03.10.2019
1713
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.
Sfera.az xəbər verir ki parlamentin payız sessiyasının növbəti plenar iclasının oktyabrın 18-də keçirilməsi nəzərdə tutulur.
İclasın gündəliyi isə yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirilib.