Millət vəkili: \"Bu Zirvə görüşü dövlətimizin regionda gücünün göstəricisidir\"

Millət vəkili: \

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsi ilk növbədə dövlətimizin regionda gücünün göstəricisidir".

Bu  sözləri Unikal.org-a açıqlamasında millət vəkili Əliabbas Salahzadə bildirib. O, qeyd edib ki, cənab prezident İlham Əliyev diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin- planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi:

 

"Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyac var: "COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.Dövlətimizin başçısı çox vacib bir təkliflə də çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin. Bu çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik bir reaksiya verməsinin göstəricidir.

Millət vəkili onu da nəzərə çatdırıb ki, bu gün doğrudan da "COVID-19” qlobal pandemiyasına qarşı Azərbaycan hökümətinin atdığı addımlar digər ölkələr üçün nümunədir: 

"Azərbaycan bu virusdan dünyasını dəyişənlərin sayına görə ən aşağı göstəriciyə malik ölkələr sırasındadır. Dövlət və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. İşsiz şəxslərə dövlət tərəfindən 190 manat birdəfəlik ödəmənin verilməsi, ictimai iş yerlərinin yaradılmasının nəzərdə tutulması, sahibkarların və vətəndaşlarının götürdüyü kreditlərə dəstək, vergi güzəştləri digər ölkələr üçün yüksək bir nümunədir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...