Millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə müraciət etdi

Millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə müraciət etdi

"Mənə bəzi səhifələrdən paylaşımlar göndərirsiz və bəzilərinin barəmizdə yazdıqları fikirlərdən narahatlığınızı ifadə edirsiz. Diqqətiniz üçün təşəkkürlər, çox sağ olun, lakin inanın, yararsız və qeyri ciddi şeylərə görə vaxt itirməyə və narahatlıq keçirməyə dəyməz. Qarşımızda ciddi işlər var, həqiqətən həll ediləsi və illərdən bəri yığılıb qalan xeyli problem var. Şəxsən mən bu aralar əsas diqqətimi seçicilərdən gələn müraciətlərin araşdırılmasına yönəltmişəm”.

 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov özünün sosial şəbəkə hesabında yazıb. Yumşalma tədbirlərinə baxmayaraq karantin rejiminin davam etməsi səbəbindən seçicilərlə canlı görüşlərin mümkünsüzlüyünü xatırladan millət vəkili bunları yazıb:


"Lakin bu o demək deyil ki, seçici karantinin sonunu gözləməlidir. Müraciətləriniz, şikayət və təklifləriniz tərəfimdən qəbul edilməkdədir, Məsələn, bu gün seçilərimdən rəsmi qaydada Milli Məclisə daxil olmuş şikayətlərin növbəti partiyasını təhlil edib qruplaşdırararaq Prezident Adminstrasiyasının 2 şöbəsinə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərsu" ASC, habelə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət etdik. Habelə vətəndaşları maraqlandıran bir neçə məsələ üzrə Kapital Bank və AccessBanka xahiş məktubu göndərdik. Eyni zamanda gün ərzində vətəndaşlarla 16 telefon danışığımız, habelə sosial şəbəkə üzərindən 30-dan çox seçici ilə yazışmamız həyata keçirilib”.


Millət vəkili sondaseçicilərini karantin rejiminin şərtlərinə əməl etməyə çağırıb: "Sizdən də xahişim budur ki, özünüzü qoruyun, sosial məsafəyə diqqət edin, elə edək ki, pandemiyanın ikinci dalğası bizi vurmasın, karantin rejimi də ən qısa müddətdə tam başa çatsın və normal həyat tərzimizə geri dönək”.


OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...