Metronun bu stansiyasında eskalator iki ay bağlı olacaq

Metronun bu stansiyasında eskalator iki ay bağlı olacaq

"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən  məlumata görə, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR