Metroda cibgirlik edən şəxs saxlanıldı
12:42 / 02.12.2021
636
Bakı metrosunda oğurluq olub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də "Gənclik” stansiyasında paytaxt sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.