Messidən üzücü xəbər - PSJ açıqladı

Messidən üzücü xəbər - PSJ açıqladı
Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.

Sfera.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnən 34 yaşlı hücumçu tibbi müayinədən keçib.

Klub argentinalı oyunçunun sol dizindən xəsarət aldığını təsdiqləyib. O, 48 saatdan sonra yenidən tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Messi buna görə VII turda "Mets"lə sabah keçirəcəkləri matçı buraxacaq.

 

OXŞAR XƏBƏRLƏR