Messi yenə \"Barselona\"nın kapitanı olacaq

Messi yenə \
 İspaniyanın "Barselona" komandasının yeni mövsüm üçün kapitanı müəyyənləşib. 

Sfera.az xəbər verir ki, Lionel Messi 2020/2021 mövsümündə də kapitan sarğısını taxacaq.

33 yaşlı argentinalı hücumçu 2018-ci ildə Andres İnyestanın Kataloniya klubundan ayrılmasından sonra bu vəzifəyə sahib olub. Serxio Buskets, Jerar Pike və Serxio Roberto vitse-kapitanlar olacaq. 

Qeyd edək ki, "Barselona" La Liqanın ilk turunda sentyabrın 13-də "Elçe" ilə qarşılaşmalı idi, lakin matç təxirə salınıb. 

Xatırladaq ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb. O, 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.  (report.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...