Məşhurlardan Cümşüd Nuriyeva CAVAB — Onun kimi kişilər evlərində gizlənəndə qadınlar cəbhədə döyüşürdü

Məşhurlardan Cümşüd Nuriyeva CAVAB — Onun kimi kişilər evlərində gizlənəndə qadınlar cəbhədə döyüşürdü
Sabiq millət vəkili, ictimai fəal Cümşüd Nuriyevin Xanım Xəlilovanın başçılıq etdiyi qadın batalyonu haqqında səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi etiraza səbəb olub. Onun "Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər” açıqlamasına məşhurlar da sərt reaksiya verib.

Sabiq millət vəkili, ictimai fəal Cümşüd Nuriyevin Xanım Xəlilovanın başçılıq etdiyi qadın batalyonu haqqında səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi etiraza səbəb olub. Onun "Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər” açıqlamasına məşhurlar da sərt reaksiya verib.

"Ölkə.Az” olaraq ilk olaraq tanınmış şair, professor Vüqar Əhmədlə söhbətləşdik. Şair açıqlamasında C. Nuriyevin bu ifadəsinə görə, qadınlardan üzr istəməsinin vacibliyini qeyd edib.

Image result for Vüqar Əhməd

"Cümşüd müəllim, elmlər doktoru, professor, dövlət və ictimai xadimdir. Mənim ona böyük hörmətim olsa da, düşünürəm ki, onun ifadəsində böyük emosiya var, qəti düzgün danışmayıb. Azərbaycan qadını qəhrəmanlıqda heç də kişilərdən geri qalmır. O, ifadəsində gərək etik qaydalara riayət edərdi. Mən bu ifadələri ondan gözləməzdim. Mən təklif edirəm ki, hörmətli Cümşüd müəllim o, qadınlardan üzr istəsin. Mən demirəm bəlkə də o qadınların arasında söyüş söyənləri, əxlaqsızları olub. Ancaq bu  yenə də Cümşüd müəllimə  haqq vermir ki, Azərbaycan qadınını belə alçaltdıb, təhqir etsin.  Azərbaycan xanımları, türk qadınları  tarix boyu hər zaman qəhrəman olublar. 

O vaxt Şah İsmayıl İçəri şəhəri alanda 3 ay şəhəri mühasirədə saxlayıb, ancaq ələ keçirə bilməyib. Sonrada İçəri Şəhərinin qalabəyi ilə döyüşüb, bu zaman onun başındakı dəbilqəsi düşüb, saçları tökülüb. Müharibələrdə qalib gələn padşah qadına qalib gələ bilməyib. Budur Azərbaycan xanımının namusu, igidliyi.  

Mən yenə də bildirirəm ki, Cümşüd müəllim səhv edib və ona təklif edirəm ki, Azərbaycan qadınlarından üzr istəsin. Qadın güldür onu qoxlayarlar, incitməzlər. Qadın anadır, bacıdır...”, - deyə şair fikirlərini tamamlayıb.

Image result for afaq bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı isə eks deputata qadınların müharibənin ən qızğın vaxtlarında cəbhədəki fədakarlıqlarını unutmamağa çağırıb.
"Cümşüd Nuriyev deputat olan zamanlarda Milli Məclisdə "Bir söz deməmiş, Xanım Xəlilovanın qadınlardan ibarət cəza dəstəsi qapını kəsdirir” ifadəsi işlətmişdi. Ancaq mən hörmətli eks deputatımızın nəzərinə çatdırmaq istəyirəm ki, qadın haqqında hər hansı bir fikir ifadə etmək istəyəndə bir az ehtiyatlı olmaq lazımdır. Çünki, qadının üzərində ülvilik, analıq, qəhrəmanlıq var. Bu cəmiyyəti yaradan qadınlardır.  Bu cəmiyyəti idarə edənləri analar dünyaya gətirib. Kimliyindən aslı olmayaraq, hər hansı bir dəstədə, milli məclisdə, evdə olan bütün qadınlar bizim üçün doğma, müqəddəs olmalıdır.

 Çünki tarixi danırıq, tarixi şəxsiyyətləri danırıq, mədəniyyətimizi danırıq, hər şeyə güzəştə gedirik, bütün bunlar hamısı cəmiyyətdə əksikliklərə gətirib çıxardır. Bunları da səhmana salmaq, yoluna qoymaq bizim ziyalıların boynuna düşür. Buna görə də bu cəmiyyətdə ən ön planlardan biri qadınların boynuna düşür. Hər insanın özünün sərbəst fikirləri, etiqadları, mənsubiyyətləri var. Ona görə, insanları bu qədər günahlandırıb, alçaltmaq olmaz. Əgər bunu ediriksə də çox ehtiyatla davranmalıyıq”.

Xalq artisti Hüquq müdafiəçisi vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlunun: "Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün  yazılmışdılar”, - sözlərinə də fikir bildirib.

"Mən Novella xanımın da fikirləri ilə tam razıyam. Ən azından müharibənin ən çətin anlarında qadınlarımızın cəbhədə etdikləri qəhrəmanlıqları, fədakarlıqları unutmamalıyıq. Azərbaycan qadını milli qəhrəmandır, anadır. Bütün bunları nəzərə alaraq mən Cümşüd bəyə demək istərdim ki, bilirəm siz sərt fikir bildirməyi çox sevirsiniz, ancaq elə nüanslar var ki, onlara etika ilə yanaşmaq lazımdır”.

Image result for Kamil Musəvi

Qarabağ qazisi, kəşfiyyatçı baş leytenant Kamil Musəvinin Nuriyevin fikirlərinə reaksiyası daha sərt olub:

"Bu xəbər mənə sözün əsl mənasında çox pis təsir etdi. Birincisi vətəni sevməyin əxlaqa qəti aidiyyatı yoxdur. Kimsə əxlaqsız ola bilər, vətən sevgisi əxlaqlının da, əxlaqsızın da, kasıbın da, varlının da bir sözlə hamının borcudur. O məsələyə gəlincə, ola bilər o qadınların arasında  hansısa əxlaqsız olub, ancaq bu hamısının belə olduğuna dəlalət etmir. O ki, qaldı mənim fikrimə, deyə bilərəm ki, qadın cəbhəyə "kişi qıtlığı”ndan gedir. Yəni, Cümşüd Nuriyev kimi kişilər evlərində gizləndikləri üçün, onun əxlaqsız saydığı qadınlar döyüş bölgəsinə gedib. Mən də Cümşüd müəllimdən soruşuram, sən bu ölkə üçün nə etmisən?

Əgər sən o qadınları əxlaqsız sayırdınsa, cəbhə bölgəsinə gedib, o qadınları döyüş meydanından çıxarıb, onların yerinə vuruşardın.  Bu insan əgər öz vətəndaşına normal hörmət edə bilmirsə, necə millətə vəkil olub?”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...