Məşhur şahmatçılarımız dünyada ilkə imza atır

Məşhur şahmatçılarımız dünyada ilkə imza atır
 

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov Amerikanın USChesshub təşkilatı tərəfindən təşkil edilən və "chess.com" saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Sfera.az xəbər verir ki, şahmatçımız  20 nəfərlə seans oynayacaq. Həmin 20 nəfər 45 dəqiqə+10 saniyə, Məmmədyarov isə 90 dəqiqə+10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq. Həmin mərhələ "Zoom" proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı digər məşhur qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Həmin yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır və məşqçilik karyerasında böyük naaliyyətlərə imza atmış şahmatçımızdır. 

Qeyd edək ki, sözügedən seans may ayının 3-də baş tutacaq.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...