Məşhur müğənni arıq olduğu üçün ona çirkin deyənlərə belə cavab verdi - FOTO

Məşhur müğənni arıq olduğu üçün ona çirkin deyənlərə belə cavab verdi - FOTO
"Məndə səhv, nöqsan tapmağa çalışanlara səslənirəm. Öncə, sizin "çox arıqsan yaraşmır", "çökmüsən", "çirkinsən" kimi sözlərinizdən incidiyim üçün yazmadığımı qeyd etmək istəyirəm”.
 
Sfera.az bildirir ki, bunu müğənni İradə İbrahimova deyib. İfaçı sosial şəbəkə hesabında onu tənqid edənlərə məsləhət verib:

"Qızlar, təhsil alın, özünüzü tərbiyə edin, inkişaf edin. Heç kimin və heç nəyin sizi susdurmağına,bir tikə kimi udmağına icazə verməyin. Sosial media, sadəcə "selfi” və "swipe up” üçün istifadə etdiyimiz bir platform deyil, olmamalıdır. Qadın dediyimiz varlıq, sadəcə pal-paltar, makiyaj, gül-çiçək, oyuncaq deyil!”.

İ.İbrahimova həmçinin qeyd edib ki,  başda beyin olmasa, gözəllik bir qəpiyə də dəyməz.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR