Məşhur iş adamının qardaşı oğlu beynəlxalq axtarışa verildi

Məşhur iş adamının qardaşı oğlu beynəlxalq axtarışa verildi
Kateqoriya məlum deyil
T

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

 Sfera.az yeni sabah-a istinadla bildirir ki, bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib.

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR