Məşhur haker qrupu Elon Maskı təhdid etdi: "Ərköyün milyarder, bizi gözlə"

Məşhur haker qrupu Elon Maskı təhdid etdi:
İlin əvvəlindən bəri kriptovalyutalarla bağlı paylaşımlar edən və birjalarda manipulyasiya etməkdə günahlandırılan Elon Maska reaksiyalar artmaqda davam edir.
 
Sfera.az xəbər verir ki, istehsal zamanı ətrafa zərərli olduğu üçün "Bitcoin”dən imtina etdiyini açıqlayan E.Mask qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu.

Bununla bağlı məşhur haker qrupu "Anonymous” "Bitcoin” haqqında tvit paylaşaraq investorların pul itirməsinə səbəb olan Elon Mask haqqında mesaj yayımlayıb:

"Bu sahədə ən ağıllı olduğunu düşünə bilərsən, amma indi özünə uyğun rəqib tapdın. Biz bir orduyuq, bizi gözlə!”

"Tesla” şirkətinin ətraf mühitə zərərli olan fəaliyyətlərindən bəhs edən "Anonymous” Elon Maskı "ərköyün milyarder" olaraq xarakterizə edib.

Elon Maskın üstün olmaq və xilaskar kimi görünmək kompleksinə sahib olduğunu vurğulayan məşhur haker qrupu elektrikli avtomobil istehsalı ilə məşğul olan və kosmik sahədə fəaliyyət göstərən bir çox şirkətin olduğunu, Elon Maskın isə yalnız gülünc sosial media paylaşımları ilə məşhur olduğunu diqqətə çatdırıb.

"Tesla’nın gəlirlərinin çoxunun "Bitcoin”dən əldə olunduğunu xatırladan "Anonymous” milyarderi ABŞ hökumətinin xeyrinə bu valyutanı qaralamaqda günahlandırıb.

Əzizə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR