Məşhur aktyor 9 illik həyat yoldaşından boşandı

Məşhur aktyor 9 illik həyat yoldaşından boşandı
Türkiyəli aktyor Sadi Celil Cengiz də boşananlar sırasına qoşulub.
 
Sfera.az bildirir ki, "İşler Güçler” adlı serialla tanınan aktyor 9 illik həyat yoldaşı Hilal Yıldırımla yollarını ayırıb. 2 ay əvvəl boşanma davası açan Sadi  həyat yoldaşı ilə düşüncə və ruh olaraq yola getmədiklərini bildirib. O, məhkəməyə ortaq razılıqla qəbul edilən protokol da təqdim edib.

Sözügedən protokola əsasən, övladlarının qəyyumluğu analarına veriləcək və Sadi Celil aylıq 2 600 lirə aliment ödəyəcək.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR