Məşhur aktrisa oğlunu yol qəzasında itirən keçmiş sevgilisinə belə dəstək oldu - FOTO

Məşhur aktrisa oğlunu yol qəzasında itirən keçmiş sevgilisinə belə dəstək oldu - FOTO
Türkiyəli aktrisa Tuba Büyüküstün son addımı ilə sevənlərinin rəğbətini qazanıb.
 
Sfera.az bildirir ki, aktrisa keçmiş sevgilisi Sami Saydana dəstək olub. Belə ki, Tuba ötən gün yol qəzasında oğlunu itirən quruluşçu rejissoru tək buraxmayıb. Cənazə mərasiminə qatılanlar sırasında aktrisa da yer alıb.

Qeyd edək ki, Sami Saydanın 19 yaşlı oğlu Tuna Saydan Göztəpədə motosikleti ilə qəzaya uğrayıb. Bir neçə gündür xəstəxanada müalicə alan gənc, həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Xatırladaq ki, Tuba və Sami 2008-2010-cu illərdə eşq yaşayıblar.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR