Mənəvi, psixoloji və iqtisadi zərər - Tıxaclar nədən yaranır?

Mənəvi, psixoloji və iqtisadi zərər - Tıxaclar nədən yaranır?
 Hər sürücü cəmi 3 saniyə itirsə 4 km arxada 20 dəqiqəlik tıxac yaranacaq
 

Bu gün bəlkə də dünyada əsas problemlər sırasında yollarda olan tıxacları desək yanılmarıq. Tıxacların həm iqtisadi, həm ekoloji, həm də insan sağlamlığına ciddi fəsadları var. Saatlarla tıxacda qalan bir sürücü əlavə yanacaq istifadə etməklə iqtisadi, buraxılan əlavə qazla ekoloji, keçirdiyi əsəb və streslə psixoloji ziyana düşür. Hər gün milyonlarla belə sürücünün olduğunu düşünmək olduqca dəhşətli rəqəmlərdən xəbər verir.

Tıxacı hansı səbəblər yaradır?

Məsələyə kompleks yanaşdıqda mövcud infrastruktur, nəzarət mexanizmi, eyni zamanda sürücü peşəkarlığı kimi səbəblər ortaya çıxır. Şəhərsalmada normalardan kənar tikililər yolların müəyyən hissələrdə daralması tıxac yaradan əsas amildir. Fikrimizi izah etmək üçün bir misal gətirək. Neftçilər prospektində dəniz vağzalı ilə üzbəüz tikilən iri binalar var ki, yolun daralmasına əsas səbəbdir. Sürücü 12 zolaqlı yol ilə gəlir və qəfildən bu zolaqların sayı 3 dəfə azalır. Bu zaman isə hərəkət axını dayanır. Hər sürücü cəmi 3 saniyə itirsə 4 km arxada 20 dəqiqəlik tıxac yaranacaq. Eyni zamanda bu Ziya Bünyadov prospektində tikilən körpülər üçün də keçərlidir. Yenə 6 zolaqlı yol körpünün üstündə 3 zolaq olur. Bir maşın da yolda xarab olub dayansa bu tıxacın uzunluğu 5-7 km ilə ölçülür.

 

Daha bir problem isə parkinq yerlərinin məhdud olmasıdır. Şəhərdə yol kənarındakı parkinq üçün yaralı bütün ərazilər obyektlərlə əhatə olunub. Sürücü də avtomobili yolun hərəkət hissəsində saxlayır. Nəticədə bir zolaq tamamilə tutulur. Bu isə yenə pik saatlarda tıxacı yaradan amildir.

Təssüf ki, tikililərin inşası zamanı müxtəlif ərazilərdəki nəqliyyat axını nəzərə alınmayıb. Şəhərin ən sıx yerlərində, axının demək olar ki, gün ərzində davam edən ərazilərində tikinti işlərinin aparılması da tıxacın yaranmasına səbəblər sırasındadır.

Problemi necə həll etməli?

Bəzi ekspertlər iddia edir ki, tıxaca əsas səbəb dayanma-durma qaydalarının pozulmasıdır. Amma bu məsələnin yalnız bir tərəfidir. Əgər şəhərin bütün nöqtələrində parkinqlər tikilsə belə bu problemin yalnız müəyyən hissəsini həll edə bilər. Odur ki, kompleks tədbirlər həyata keçirilməlidir. Bu günə qədər mövcud infrastrukturun imkanlarından maksimum istifadə etmək, yeni tikililərə icazə verən zaman müvafiq qurumlarla müzakirələr aparmaq zəruridir. Həmçinin sürücülərin qaydalara riayət etməsi də mühüm məsələdir. Eyni zamanda cəmiyyət də bu problemin həllinə kömək etməlidir. Ən azından ictimai qınaq vacib amildir. Əgər kimsə avtobus dayanacağının yerini zəbt edib obyekt tikirsə və müvafiq qurumdan icazə belə alıbsa həmin ərazidə yaşayan sakinlər buna göz yummamalıdır. Əks təqdirdə bir müddət sonra problem barədə şikayət edəcəklər.

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...