“Məndən ötrü özlərini lezva ilə doğrayanlar var” – Manaf Ağayev

“Məndən ötrü özlərini lezva ilə doğrayanlar var” – Manaf Ağayev
 "Toylar kralı” deyə təqdim edilməyi yığışdırmışam. Adım bəsdir – Manaf Ağayev. Adım brenddir. Sonradan verilən adlar vacib deyil”.
 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Show News”a açıqlamasında söyləyib.

İfaçı onu sevənlərin çox olduğunu və qüsursuz olduğunu da deyib:

"Qüsurum yoxdur ki, nəyəsə görə xəcalət çəkim. Mən yaxşı oxuyanam, amma bunu demirəm. Deyirəm ki, sadə, yaxşı insanam. Ona görə məni çox sevirlər. Mikrofonu ələ alanda insana qiymət verirlər. Elə adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır. Eləsi də var ki, "onu heç vaxt toyuma gətirmərəm” deyir. Xalqın yarısı məni sevirsə, xoşbəxtəm. Mənim zonam məndən ötrü ölür”.



OXŞAR XƏBƏRLƏR