Mendeleyevin ən qədim cədvəli tapıldı - FOTO

Mendeleyevin ən qədim cədvəli tapıldı - FOTO
Şotlandiyanın Sent-Endryus universitetində kimyəvi elementlərin ən qədim dövri cədvəli tapılıb.

Dmitri Mendeleyevin cədvəlinin ilkin versiyası doktor Alan Aytken tərəfindən laboratoriyada yır-yığış zamanı tapılıb.Cədvəl avadanlıqların arasında aşkarlanıb.

Beynəlxalq ekspertlər qrupu tapıntını 1885-ci ilə aid edirlər. Cədvəl 1875-1888-ci illərdə fəaliyyət göstərən Vyana mətbəələrinin birində hazırlanıb.

Əlyazmaların birində litoqrafiya müəllifinin 1890-cı ildə öldüyü yazılıb. Cədvəldə qallium və skandium elementləri göstərilib.

Qafqazinfo.az



OXŞAR XƏBƏRLƏR