Məmurlar vaksinasiyanın təbliğatında niyə iştirak etmir? - Açıqlama

Məmurlar vaksinasiyanın təbliğatında niyə iştirak etmir? - Açıqlama
"Məmurların vaksinlə bağlı əyani təbliğatları ilə məsələ düzəlmir. Vaksin əleyhinə olanlar, şayiələrə inananların "dezo” maşını bütün hallarda işləyəcək. Özü də dezinformasiya idarə olunandır. Bu "dezo”da qlobal səviyyədə farmaseptika mafiyasının, xəstəliyin yayılmasından böyük biznes quranların maraqları var”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda yüksək ranqlı məmurların vaksinasiya prosesində cəmiyyətə şəxsən nümunə olmamaları, təbliğati prosesi zəif aparmalarına münasibət bildirərkən Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib:

"Məlumatıma görə, adminstrasiya, nazirlik və komitələrdə çalışan məmurlar vaksinasiyadan keçib. Sadəcə, daha geniş əhali kütləsini prosesə cəlb etmək üçün onun təbliğatını, təşviqini aparmırlar. Ona görə də belə təsəvvür formalaşır ki, vəzifəli şəxslərin çoxu vaksinasiya olunmayıb. Amma reallıqda bunun əksidir. Dövlət Qulluqçularının Etik Davranış Qaydaları haqqında qanun mövcuddur. Bu qaydalar dövlət qulluqçularında bir qədər məsuliyyət yaradır. Hansı hərəkəti etsələr gərəkdir ki, yuxarı orqanlarla məsləhətləşsinlər”.
 
Həmsöhbətimiz bildirdi ki, vaksinasiyanı vacib hesab etsə də, onun yoluxmadan tam qoruduğuna da əmin deyil: "Yeni ştammlar vaksini dəf edir. Ona görə də bir qədər ümidsizlik yaranıb. Bəzi insanlarımız prosesə şübhə ilə yanaşır. Bu tendensiyada isə yayılan dezinformasiyaların rolu böyükdür”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...