Məktəb direktoru müəllimdir, yoxsa inzibatçı? - Rafael Cəbrayılov yazır

Məktəb direktoru müəllimdir, yoxsa inzibatçı? - Rafael Cəbrayılov yazır
 

Təhsil hər bir xalqın həyatında müstəsna əhəmiyyətə malikdir. Çünki xalqın gələcəyi təhsildən asılıdır. Azərbaycan Respublikasında da təhsil siyasəti dövlət siyasətinin prioritet istiqamətlətindəndir. Təhsillə bağlı mükəmməl qanunvericilik bazamız var. Təhsilin bütün sahələri barədə qanunlar qəbul etmişik. 2019-cu ilin dövlət büdcəsində təhsil üçün ayrılmış vəsait 2.275 mlrd. manat təşkil edir. Təhsillə bağlı dünya standartlarına uyğun layihə və təcrübələr tətbiq olunur. 
Təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün əsas ağırlıq orta məktəblərin üzərinə düşür. Bu məktəblərə rəhbərlik edən insanların şexsi və peşəkar keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Sözsüz ki, nümunəvi məktəb direktorlarımız çoxdur.

Əfsuslar olsun ki, bəzi məktəb direktorları yalnız inzibatçı keyfiyyətlərinə sahib olmaqla şagirdlərdən "fond pulu”, "süpürgə pulu”ndan tutmuş ən əcayib "fond”lar üçün pul yığdiran inzibatçı kimi tanınırlar. Məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verilməsi, müəllim-şagird-valideyn işgüzar üçbucağının yaradılması, şagirdlərə qayğı göstərilməsi və s. kimi vacib məsələlərə biganə yanaşan belə direktorlarımız hələ də var. Elə bunun nəticəsidir ki, bir neçə gün əvvəl Bakının 162 saylı tam orta məktəbində şagirdin intiharı ilə nəticələnən faciə baş verdi.
Düşünürəm ki, həmin məktəbdə biganəlik hökm sürməsəydi bu faciənin qarşısını almaq olardı. 
Cənab Prezident İlham Əliyev həmin faciə ilə baqlı müvafiq tapşırıqlarını verib və araşdırmani nəzarətə götürüb. Təhsil Nazirliyi də bu hadisədən ciddi nəticə çıxarmalı, məktəb direktorlarının seçilməsinə daha məsuliyyətlə yanaşmalı, məktəblərdə təhsilin və təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, qanunsuz pul yığılması halların son qoyulması, şagirdlərə fərdi yanaşılaraq qayğı göstərilməsi, valideynlərin bu prosesə cəlb edilməsi və s. istiqamətində müvafiq tədbirlər görməlidir.

 

 

Rafael Cəbrayılov,
Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...