Meksikanın məşhur kanalında Xocalı soyqırımından bəhs edildi - VİDEO

Meksikanın məşhur kanalında Xocalı soyqırımından bəhs edildi - VİDEO
Meksikanın ESFERA TV kanalının programında Xocalı soyqırımından bəhs edən yeni veriliş olub.

Sfera.az bildirir ki, verilişdə iştirak edən politoloq Mahir Qurbanov Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı haqqında informasiya ötürüb.

O bildirib ki, bu Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. 

Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 

Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamətlərdən biri kimi bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılmasıdır.

Heydər Əliyev Fondunun "Xocalıya Ədalət" kampaniyası çərçivəsində mühüm işlər görülür.

İndiyə qədər Xocalı soyqırımını Parlament səviyyəsində tanıyan ölkələr,eyni zamanda təşkilatlar da var,məsələn,Meksika,Kolumbiya,Çexiya,Bosniya və Herseqovina,Peru,Honduras,Ruminya,Sudan,Panama,Qvatemala,Latviya,İordaniya,Sloveniya,Şotlandiya,Cibuti Respublikası
 
ABŞ ştatları da bu siyahıya daxildir-Texas, Nyu-Cersi,Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə isə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.

Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.

1992-ci ildən bu günə qədər həyatın müdafiəsi, insan haqlarına hörmət etmə ehtiyacı və xalqların şüurunda səslənən davamlı bir zəng kimi Xocalı Soyqırımı xatırlanır.

Azərbaycan yenə də Ədalət üçün çağrış edir!, - deyə M.Qurbanov qeyd edib.


OXŞAR XƏBƏRLƏR