Meksikanın məşhur kanalında erməni separatizmindən bəhs edildi - VİDEO

Meksikanın məşhur kanalında erməni separatizmindən bəhs edildi - VİDEO
Kateqoriya məlum deyil
T
Meksikanın ESFERA TV kanalının  programında erməni separatizm haqqında bəhs edən yeni veriliş olub.
 
Sfera.az bildirir ki, verilişdə iştirak edən politoloq Mahir Qurbanov ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər haqqında informasiya ötürüb. 

Sözügedən verilişdə Azərbaycanın multikultural dövlət olduğunu və müxtəlif etnik qrupların ölkəmizdə qədim dövrlərdən etibarən sülh və firavanlıq içərisində yaşadığnı bildirən Mahir Qurbanov, eyni zamanda erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olmasını xatırladıb. O cümlədən ermənilərin Şuşada, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərimizdə törətdikləri ekoloji, mədəni cinayətləri diqqətə çatdırıb. Ermənilərin məscid, kilsə və digər abidələrimizə vurduqları çoxlu sayda ziyan  barədə də ətraflı məlumat verilib. 

Bildirilib ki, bioloji müxtəlifliyə qarşı belə bir zərbə vurmaq, Ermənistanın 2002-ci ildən bəri qoşulduğu BMT-nin Biloji Müxtəliflik Konvensiyasına əsasən insanlığa qarşı cinayət hesab olunur.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR