\"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək\"

\

"Mehriban Əliyeva birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək".

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov Mehriban xanım Əliyevanın Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edib:

"Ötən gün Təhlükəsizlik Şurasının iclasında cənab prezident İlham Əliyev də bu işlərin bir qismi haqqında öz fikirlərini söylədi. Hesab edirəm ki, Mehriban xanım Əliyeva birinci vitse-prezident postunda, bu yüksək vəzifədə xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək. Mehriban Əliyevanın fəaliyyəti göz qabağındadır, o həm regionda, həm də dünya səviyyəsində tanınmış, nüfuzlu şəxsdir, Azərbaycana nüfuz gətirən, başucalığı gətirən bir insandır. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi iş keyfiyyətləri hamıya məlumdur".

 

Birinci vitse-spiker vurğulayıb ki, yeni postda Mehriban Əliyevanın imkanları daha geniş olacaq:

"Hesab edirəm ki, Mehriban xanım Əliyeva icra sistemində, idarəetmə sisteminin möhkəmləndirilməsi işində daha da əzmlə çalışacaq".


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...