Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edildi - FOTO
11:42 / 23.02.2021
907
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nizami Abdulla oğlu Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd müzakirəyə çıxarılıb.
Sferaa.z xəbər verir ki, müzakirələrdən sonra deputatlar N.Səfərovun məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinə razılıq veriblər.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdur. O, həm də ədliyyə naziridir.